Xarici

Xarici dövlətlərin ixtisaslarının tanınması qaydası dəyişib

Nazirlər Kabineti “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nda dəyişiklik edib.

“Report”un məlumatına görə, Baş Nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. 

Qərara əsasən, Azərbaycan Respublikasında xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası), xarici dövlətlərdə verilən təhsil haqqında sənədlərin tanınması sahəsində göstərilən xidmətlərə görə Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş məbləğdə xidmət haqqı ödənilir. 

Yeni qərarla ali təhsil sahəsində ixtisasın tanınması barədə müraciətə (ərizəyə) dövlət rüsumunun ödənilməsi barədə qəbzin əlavə olunması ləğv edilib. 

Mənbə

Teqlər

Oxşar yazılar

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Close