Xarici

Xaricdə təhsil almaq hüququ qazananların sayı məlum oldu

2020-ci ildə 102 tələbə Prezident təqaüdünə layiq görülüb.

Bu barədə Təhsil Nazirliyinin yaydığı hesabatda qeyd edilib.

2020-2021-ci tədris ilində tələbə qəbulu imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticələr göstərmiş və yerli ali təhsil müəssisələrinə daxil olmuş 102 tələbə Prezident təqaüdünə layiq görülüb.

Həmçinin, “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində Azərbaycanın sosial iqtisadi inkişafı üzrə müəyyən olunmuş prioritet ixtisas sahələri üzrə ildə iki dəfə proqrama sənəd qəbulu həyata keçirilir. 

2019-cu ilin noyabr ayında keçirilən ilk qəbuldan 34 doktorant, 2020-ci ilin iyun ayında baş tutan ikinci qəbuldan isə 23 doktorant prioritet ixtisas istiqamətləri üzrə dövlət hesabına dünyanın 500 ən yaxşı universiteti siyahısında olan aparıcı elm mərkəzlərində təhsil almaq hüququ qazanıb.

2019-2020-ci tədris ilində Hökumətlərarası Təqaüd proqramları çərçivəsində Macarıstanda 193, Çində 20, Rumıniyada beş, Rusiya Federasiyasında üç, Latviyada səkkiz, Qazaxıstanda üç, ümumilikdə isə 232 nəfər xaricdə təhsil almaq hüququ qazanıb.

Mənbə

Teqlər

Oxşar yazılar

Back to top button
Close