Xarici

Xaricdə doktorantura təhsili üzrə sənəd qəbulu davam edir

2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsili ilə bağlı elan edilən 2021-ci ilin yaz semestri üçün sənəd qəbulu dekabrın 25-i saat 23:59-dək davam edəcək.

Təhsil Nazirliyindən AzEdu.az-a verilən məlumata görə, proqram xaricdə prioritet ixtisas istiqamətləri və ixtisasları üzrə doktoranturaya qəbul olmağa hazırlaşan və hazırda müvafiq sahələr üzrə doktorantura səviyyəsində təhsil alan namizədlər üçün nəzərdə tutulur. Proqram iştirakçılarının təhsilinin maliyyələşdirilməsi Dövlət Proqramının İdarəetmə Qrupu tərəfindən idarə olunur.

Sənəd qəbuluna dair digər məlumat və şərtlərlə nazirliyin saytında yerləşdirilmiş elan vasitəsilə tanış olmaq mümkündür. Əlavə suallar olduqda maraqlanan namizədlər e-poçt vasitəsilə dpinfo@edu.gov.az ünvanına müraciət edə bilərlər.

Mənbə

Teqlər

Oxşar yazılar

Back to top button
Close