Xarici

UNEC-in gənc müəlliminin məqaləsi İsveçrədə dərc olunub

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) gənc müəllimi, Beynəlxalq əməkdaşlıq departamentinin Xarici əlaqələr şöbəsinin əməkdaşı, doktorant Nərgiz Hacıyevanın siyasi məqaləsi İsveçrənin nüfuzlu Surix Universitetinin Siyasi elmlər və beynəlxalq hüquq departamenti tərəfindən dərc olunub.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, “İki cəbhədə vuruşan Azərbaycan: Dağlıq Qarabağ müharibəsi və COVID-19” başlıqlı məqalə Surix Universitetinin “COVID-19 ilə bir il və demokratiya” kitabında yer alıb. Məqalədə Azərbaycanda COVID-19 pandemiyasının qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlərdən, pandemiya dönəmində ölkəmizə beynəlxalq və regional təşkilatlar tərəfindən edilən maliyyə yardımlarından, eləcə də Vətən müharibəsi dövründə Azərbaycan xalqının birlik mübarizəsindən və möhtəşəm qələbəsindən bəhs olunub.

Qeyd edək ki, Nərgiz Hacıyeva Surix Universitetinin Siyasi elmlər və beynəlxalq hüquq departamentinin nəzdində yaradılmış “Democracy – NET” gənc alimlər şəbəkəsinin fəxri üzvü və tədqiqatçısıdır.

Mənbə

Teqlər

Oxşar yazılar

Back to top button
Close