Xarici

UNEC brendi Gürcüstanda tanındı

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) dünya təhsil brendləri arasında mövqeyini gücləndirərək Gürcüstanda da tanınıb.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, Gürcüstanın İntellektual Mülkiyyət İnstitutu UNEC-i Azərbaycan Dövlət İqtisad Universitetinin brendi kimi qorunma altına alıb.

Beləliklə, UNEC Türkiyə, Slovakiya, Macarıstan, Xorvatiya, Polşa, Latviya, Litva, Estoniya, Rusiya və Ukraynadan sonra 11-ci ölkədə tanınmış olub.

Universitetlərin beynəlmiləlləşməsi və dünya təhsil bazarında baş verən qlobal trendlər ali təhsil müəssisələri arasında güclü rəqabət mühitinin yaranmasını zəruri edir. UNEC bu istiqamətdə fəaliyyətini uğurla davam etdirir.

Mənbə

Teqlər

Oxşar yazılar

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Close