Xarici
Türkiyə Universitetlərinə təqaüdlə qəlbul olmaq istəyənlərin nəzərinə – Qeydiyyat BAŞLADI

Türkiyənin Ali təhsil müəssisələri “Türkiyə Bursları – 2021” proqramı çərçivəsində bütün beynəlxalq tələbələr üçün sənəd qəbuluna start verib.
Təqaqüd proqramı Xaricdəki Türklər və Qohum Toplumlar üçün Rəhbərlik (YTB) tərəfindən həyata keçirilir.
AzEdu.az xəbər verir ki, yüksək təhsil imkanları təqdim edin proqrama qeydiyyat 10 Yanvar tarixindən etibarən başladı.
Proqram çərçivəsində təqaüdə layiq görülən tələbələr müəyyən ixtisaslar üzrə ölkənin ən yaxşı universitetlərinə yönləndiriləcək.
Bəs təqaüd imkanına nələr daxildir?
- Aylıq təqaüd;
- Tələbənin universitet xərclərinin qarşılanması;
- Qalmaq üçün yer,məskunlaşma üçün şərait;
- Sağlamlıq sığortası;
- Gediş – gəliş təyyarə bileti;
- İxtisası üzrə ödənişsiz kurs və seminarlar;
- 1 illik Türk dili kursu
Müraciət üçün son tarix 20 Fevral 2021-ci ildir.
Qeyd edək ki, əlavə məlumat və müraciət üçün buraya daxil ola bilərsiz.