Xarici
Rumıniyada növbəti tədris ili üzrə təhsil imkanı

Rumıniyanın Təhsil və Tədqiqat Nazirliyi tərəfindən Azərbaycan vətəndaşları üçün 2021-2022-ci tədris ili üzrə elan edilən təqaüd proqramına qeydiyyat davam edir.
Təqaüd proqramına müraciət üçün son tarix 5 aprel 2021-ci il nəzərdə tutulub.
Təqaüd proqramı “Rumıniyanın Təhsil və Tədqiqat Nazirliyi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlığa dair 11 oktyabr 2004-cü il tarixində imzalanmış müqavilə”yə əsasən həyata keçirilir. Proqram hər iki ölkənin vətəndaşlarına tələbə mübadiləsi əsasında qarşı ölkənin ali təhsil müəssisələrində bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə təhsil almaq imkanı yaradır.