Xarici

Mədəniyyət və İncəsənət Universitetinin Litva-Azərbaycan dostluğuna töhfəsi

Noyabr ayında Litva ilə Azərbaycan arasındakı diplomatik əlaqələrin 25 ili qeyd edilib. Litva ilə Azərbaycan siyasi, iqtisadi və mədəni məsələlərlə bağlı əməkdaşlığı uğurla davam etdirir, hər iki tərəf üçün faydalı layihələr həyata keçirir. Litvanın ölkəmizdəki səfirliyi ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin birgə layihəsi olan və bu günlərdə onlayn yayımlanan sərgi mədəni əməkdaşlığın bariz nümunəsidir.

Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib. Bildirilib ki, Rəssamlıq fakültəsinin hazırladığı sərgi bu dostluğun davamlı inkişafını əks etdirir. Dizayn və dekorativ sənət kafedrasının müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülarə Salayevanın rəhbərliyi ilə bədii toxuculuq ixtisası üzrə təhsil alan tələbələri Litva mövzusunu özünəməxsus tərzdə ifadə ediblər. Fərqli texnikalarda yaradılan əsərlərdə Litvanın rəmzləri, folklorunun mifoloji obrazları, Vilnüsün tanınan abidələri yaradıcı gənclərin gözü ilə təqdim olunur. Bunlarla yanaşı, sərgiyə xüsusi önəm verən və ilk dəfə tamaşaçılara təqdim olunan ADMİU-nun professoru, Xalq rəssamı Arif Əzizin 1970-ci illərdə Vilnüsdə yaratdığı qravüralardır. Dizayn və dekorativ sənət kafedrasının müəllimi, dizayner Günel Cəfərzadə tərəfindən tərtib edilən sərginin kataloqu Litva səfirliyinin dəstəyi ilə çap olunub. Kataloq respublikanın müxtəlif qurumlarına təqdim edilib.

Mənbə

Teqlər

Oxşar yazılar

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Close