Xarici

Latviyada 2021-2022-ci tədris ili üzrə təhsil imkanı

Latviya Respublikası hökuməti 2021-2022-ci tədris ili üzrə Azərbaycan vətəndaşları üçün bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə təqaüd proqramı elan edib.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, təqaüd proqramı Azərbaycan və Latviya arasında təhsil sahəsində əməkdaşlığa dair 2017-ci il 17 iyul tarixində Riqa şəhərində imzalanmış sazişə uyğun olaraq həyata keçirilir.

Müsabiqədə iştirak etmək istəyənlər aprelin 1-dək müraciət edə bilərlər. Namizədlərin müraciətləri araşdırıldıqdan sonra yekun qərar Latviya Dövlət Təhsil İnkişaf Agentliyi tərəfindən veriləcək.

Mənbə

Teqlər

Oxşar yazılar

Back to top button
Close