Xarici

Latviya universitetinin rektoru xalqımıza dəstəyini bildirib

Latviya Təbiət Elmləri və Texnologiyalar Universitetinin rektoru İrina Pilvere Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərova göndərdiyi məktubda ciddi tələfatlara səbəb olan dəhşətli raket atəşləri nəticəsində mülki insanların həlak olması ilə əlaqədar Gəncə şəhərinin əhalisinə, bütövlükdə xalqımıza dərin hüznlə başsağlığı verib, Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarının tezliklə azad olunmasını arzulayıb.

AzEdu.az xəbər verir ki, bu barədə ADAU-dan məlumat verilib.

Bundan başqa, rektor ADAU ilə birgə icra olunan layihə çərçivəsində ölkəmizə etdikləri səfərlərdə xalqımızın tolerantlığına və qonaqpərvərliyinə bir daha əmin olduqlarını, gözəl Gəncə şəhərində yaşayış evlərinin dağıdılmasına və insanların əziyyət çəkmələrinə dair məlumatları ağrı hissi ilə qarşıladıqlarını qeyd edib.

Mənbə

Teqlər

Oxşar yazılar

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Close