Xarici

Harvard Universiteti azərbaycanlı tələbəyə təşəkkür edib

Harvard Universitetinin rəhbərliyi bu ali məktəbin rəsmi saytında “boşluq” (“remote code execution”) tapdığına görə azərbaycanlı tələbə Veysəl Xankişiyevə təşəkkürnamə göndərib.

AzEdu.az xəbər verir ki, bu barədə V.Xankişiyev “Facebook”da yazıb.

Onun sözlərinə görə, Harvard Universitetinin İnformasiya Texnologiyaları fakültəsinin İnformasiya Təhlükəsizliyi Departamentinin direktoru Kristian Heymerdən məktub alıb. 

“Harvard Universiteti İnformasiya Texnologiyaları fakültəsi İnformasiya Təhlükəsizliyi Departamenti Veysəl Xankişiyevə alt domeni ələ keçirdiyini və problemin necə ortaya çıxmasını bildirdiyinə görə təşəkkür edir.

Harvard sistem və şəbəkəyə təsir göstərən informasiya təhlükəsizliyindəki problemlər haqqında məlumatı yüksək qiymətləndirir.

Təşəkkürlər, Veysəl!” – məktubda qeyd olunub.

Qeyd edək ki, bu, 21 yaşlı tələbənin ilk işi deyil. O daha öncə həm Azərbaycan, həm də xaricdəki Arizona Universiteti, “Microsoft” və s. kimi dövlət müəssissələri və şirkətlərin veb-saytlarında bir sıra boşluqlar tapıb. Əslən Füzulidən olan V.Xankişiyev Gəncə Dövlət Universitetinin 4-cü kurs tələbəsidir.

Mənbə

Teqlər

Oxşar yazılar

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Close