Xarici

Gürcüstan hökuməti Azərbaycan dilində təhsil alan məzunları üçün qrant proqramı hazırlayıb

Tbilisi, 8 sentyabr, AZƏRTAC

Gürcüstan hökumətinin qərarı ilə ali və peşə təhsili müəssisələrinə qəbul olan bəzi tələbələr təhsil üçün dövlət qrantı ala biləcəklər. Bununla bağlı xüsusi proqram hazırlanıb.

AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin Təhsil Nazirliyi məlumat yayıb.

Bildirilir ki, proqramda vahid milli imtahanlar üzrə universitetlər və peşə məktəblərinə qəbul olan tələbələrin təhsilinin dövlət tərəfindən maliyyələşdirilməsi nəzərdə tutulub. Burada 13 kateqoriyaya aid olan tələbələrə dövlət qrantı əldə etmək imkanı yaradılıb. Bu kateqoriyalardan birinə tədrisi Azərbaycan dilində olan məktəblərin məzunları daxildir.

Bu il ilk dəfə olaraq sosial proqramla bağlı qeydiyyat yalnız onlayn qaydada screg.mes.gov.ge elektron portalında aparılacaq.

Sentyabrın 8-də qrant almaq üçün müraciətlərin qəbuluna başlanılıb və proses sentyabrın 28-dək davam edəcək.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Mənbə

Teqlər

Oxşar yazılar

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Close