Xarici

Çin dili kurslarını bitirənlərə sertifikatlar təqdim olundu

Yanvarın 22-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Heydər Əliyev Fondu tərəfindən təşkil olunmuş distant Çin dili kurslarını uğurla bitirən tələbələrə sertifikatlar təqdim olunub.

“Qafqazinfo” AzərTAC-a istinadən  xəbər verir ki, tədbiri giriş sözü ilə açan UNEC-in rektoru Ədalət Muradov Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu qeyd edib. O vurğulayıb ki, Prezident İlham Əliyevin Azərbaycan-Çin münasibətlərinin yüksək səviyyədə olmasına xüsusi diqqət verməsi bugünkü tədbirin uğurlu olmasını əsaslandırır. Rektor Çin dilinin distant tədrisi ilə bağlı təşəbbüslə çıxış etdiyinə görə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya təşəkkür edib.

Mənbə

Teqlər

Oxşar yazılar

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Close