Xarici

Böyük Britaniyada buraxılış imtahanları ləğv edildi

“Alqoritmlərə deyil, müəllimlərimizə güvənəcəyik”
Böyük Britaniya hökuməti COVID-19 səbəbindən bu ilin yay buraxılış imtahanlarını ləğv etmək qərarına gəldi. “Sky news”  portalının məlumatına əsasən, Böyük Britaniyanın Təhsil naziri Gavin Uilyamson bildirib ki, 2021-ci ildə GCSE  (ümumi təhsil haqqında attestat) və A-levels (tam orta təhsil proqramı) imtahanları ləğv olunacaq.  O, həmçinin deyib ki, bu il bütün İngiltərədə SAT (akademik qabiliyyət) imtahanları da keçirilməyəcək.
“Bu il biz alqoritmlərə deyil, müəllimlərimizə güvənəcəyik”,- deyə G. Uilyamson bildirib. Cari tədris ilində məzunlar fənlər  üzrə müəllimlər tərəfindən qiymətləndiriləcək. Qiymətləndirmənin nəticələri məktəblinin tədris müddətindəki nailiyyətlərinə uyğun olacaq. Nazir qiymətləndirmənin ədalətli olacağına inandığını söyləyib. Nəticələr necə formalaşacaq və hansı əsas parametrlər üzrə olacaq, bu,  hələlik dəqiqləşməyib.  “Ötən il Birləşmiş Krallığın bütün dörd ölkəsində qiymətləndirmələrin aparılması mexanizmlərinin lazım olan gözləntiləri  vermədiyini və  nəticələrin tələbələr, onların valideynləri tərəfindən ağrılı şəkildə hiss olunduğunu aşkar ediblər”, -deyə nazir vurğulayıb. Hazırda İngiltərə  məktəbliləri məsafədən öyrənirlər. Belə rejim ağır epidemioloji vəziyyətlə əlaqədar ən azı fevralın ortalarına qədər davam edəcək.
Oruc MUSTAFAYEV

Mənbə

Teqlər

Oxşar yazılar

Back to top button
Close