Xarici

BDU və Anhui Universiteti çinli tələbələr üçün onlayn mühazirə təşkil edib

Bakı Dövlət Universiteti (BDU) və Çinin Anhui Universitetinin birgə təşkilatçılığı ilə çinli tələbələr üçün onlayn mühazirə təşkil edilib.

BDU-dan AZƏRTAC-a bildirilib ki, “Zoom” proqramı vasitəsilə keçirilən mühazirənin məqsədi hər iki universitet tələbələri arasında qarşılıqlı əlaqələr yaratmaq və Azərbaycanı çinli tələbələrə tanıtmaq olub.

Bakı Dövlət Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Rauf Həsənov Anhui Universitetinin tələbələrinə Çin-Azərbaycan əlaqələrinin yaradılmasından və hərtərəfli inkişafından bəhs edib. O, ölkələr arasında mövcud əlaqələrin inkişafı istiqamətində BDU-nun nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun rolunu yüksək qiymətləndirib.

R.Həsənov qeyd edib ki, institutda azərbaycanlı tələbələr Çin dili ilə yanaşı, həm də Çin mədəniyyətini, iqtisadiyyatını və digər sahələr üzrə məlumatları öyrənə bilirlər. Nəticədə bu gün yüzlərlə azərbaycanlı tələbə Çində təhsil alır.

BDU-nun nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun direktoru Vang Hao Çianq gələcəkdə iki ölkə arasında əlaqələrin daha da inkişaf edəcəyinə ümid etdiyini vurğulayıb.

Onlayn mühazirədə Anhui Universitetinin Xarici araşdırmalar fakültəsinin dekanı, Azərbaycan Tədqiqat Mərkəzinin direktoru Zhan Çuanvang və Anhui Universitetinin Beynəlxalq ofisinin direktoru Hu Sueven da iştirak ediblər.

Qeyd edək ki, mühazirə Çinin Anhui Universiteti nəzdində fəaliyyət göstərən Azərbaycan Tədqiqat Mərkəzinin təşəbbüsü ilə keçirilib. Tədbirdə Çinin azərbaycanlı tələbələrə tanıdılması məqsədilə mühazirələrin təşkil olunması haqqında razılıq əldə olunub. Mühazirənin sonunda tələbələrin sualları cavablandırılıb.

Mənbə

Teqlər

Oxşar yazılar

Back to top button
Close