Xarici

AzTU Sankt-Peterburq Biznes və İnnovasiyalar İnstitutu ilə əməkdaşlığa başlayır – FOTO

Azərbaycan Texniki Universiteti (AzTU) və Sankt-Peterburq Biznes və İnnovasiyalar İnstitutu arasında ikitərəfli əməkdaşlıq müqaviləsi imzalanıb. Sənədi AzTU-nun rektoru Vilayət Vəliyev və Sankt-Peterburq Biznes və İnnovasiyalar İnstitutunun rektoru Valeri Pilyavski imzalayıblar.

Universitetdən AzEdu.az-a verilən məlumata görə, müqavilədə tərəflərin birgə elmi-praktik seminar və konfranslar keçirməsi, həmçinin distant təhsil və elektron təlimlər üçün metodiki dərs vəsaitləri hazırlaması, qabaqcıl innovativ texnologiyalar üzrə təcrübə mübadiləsi aparması, elmi, elmi-metodiki məqalə, monoqrafiya nəşr etməsi qeyd olunub.

Mənbə

Teqlər

Oxşar yazılar

Back to top button
Close