Xarici

AzTU: Maşın mühəndisliyi ixtisasını seçən abituriyentlər Almaniyada təhsil ala bilər

Azərbaycan Texniki Universitetinə (AzTU) 2020/2021-ci tədris ilində maşın mühəndisliyi ixtisası üzrə yüksək balla qəbul olunan abituriyentlər Maşınqayırma və robototexnika fakültəsinin tərkibində yaradılan alman dilli qrupunda təhsil ala bilir.

AzEdu.az xəbər verir ki, bu qrupda təhsil alan tələbələr Almaniyanın müxtəlif universitetlərində, xüsusilə AzTU-nun əməkdaşlıq haqqında müqaviləsi olan Brandenburq Texniki Universitetində təcrübə keçmək, Avropa İttifaqının “Erasmus+” mübadilə proqramı çərçivəsində 1 semestr ərzində təhsil almaq, gələcəkdə magistraturada oxumaq, konfranslarda və yay məktəblərində iştirak etmək və s. imkanlardan yararlana bilər.

Alman dili səviyyələri yüksək olduğu üçün, onların müstəqil olaraq Alman Akademik Mübadilə Xidmətinin təqaüd proqramlarında da iştirak etmək imkanları var.

Qrupun tələbələrinə heç bir əlavə təhsil haqqı ödəmədən hər gün 2 akademik saat alman dili tədris olunur. Bu da onlara alman dilini yüksək səviyyədə mənimsəməyə imkan yaradır.

Xatırladaq ki, alman dili qrupu 2018/2019-cu tədris ilində AzTU-nun Maşınqayırma və robototexnika fakültəsinin tərkibində maşın mühəndisliyi ixtisası üzrə yaradılıb.

Mənbə

Teqlər

Oxşar yazılar

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Close