Xarici

Avropanın ardından Dünya Universitet Oyunları da təxirə salındı

18-29 avqustda Çinin Çendu şəhərində keçirilməli olan XXXI Dünya Yay Universitet Oyunları təxirə salınıb.

AzEdu.az xəbər verir ki, bu barədə Beynəlxalq Universitet İdmanı Federasiyası, Çin Universitet İdmanı Federasiyası və Çendu-2021 Təşkilat Komitəsi birgə qərar verib.

Yarış COVID-19 pandemiyası və beynəlxalq səfər məhdudiyyətləri üzündən 2022-ci ilə keçirilib. Yarışın yeni tarixi daha sonra razılaşdırılacaq. Amma yarışın adı Çendu-2021 FISU Dünya Universitet Oyunları kimi qalacaq və loqosu dəyişdirilməyəcək.

Bundan başqa, Niderlandın Neymeqen şəhərində 8-13 iyun tarixlərində baş tutmalı olan tələbələrin velosiped üzrə Avropa çempionatı da analoji səbəbdən ləğv olunub.

Qeyd edək ki, daha əvvəl ötən ay Serbiyanın paytaxtı Belqradda V Avropa Universitet Oyunlarının 14-27 iyul tarixlərində keçirilməyəcəyi açıqlanıb. Bu yarışın bu il daha gec tarixlərdə keçirilməsi barədə müzakirələr aparılır.

Mənbə

Teqlər

Oxşar yazılar

Back to top button
Close