Xarici

ADU-nun Konfutsi İnstitutu “Çin yelpiyinin incəsənəti” adlı onlayn tədbir keçirib

Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu “Çin yelpiyinin incəsənəti” adlı onlayn tədbir keçirib.

ADU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov ayrı-ayrı Çin sülalələrinin dövləti idarə etdiyi dövrlərdə yelpiklərin yaranması və istifadəsi tarixindən, Çinin yelpiyin vətəni kimi tanınması barədə əfsanələrdən danışıb.

Konfutsi İnstitutunun Çin tərəfdən direktoru Li Tsixua iştirakçıları bambuk plastinkalardan hazırlanmış dairəvi yelpiklərin bədii xüsusiyyətləri və tərtibat üsulları ilə tanış edib.

ADU-nun Konfutsi İnstitutunun müəllimləri Li Çanyun və Çen Syaochen Çin gimnastikasının elementlərini yelpiklər vasitəsilə nümayiş etdirib, qədim Çin şeirlərini oxuyublar. ADU-nun çinşünaslıq ixtisası üzrə təhsil alan tələbələri forması, ölçüsü, rəngi, xəttatlıq yazısı və dərin fəlsəfi məna daşıyan rəsmləri ilə seçilən Çin yelpiklərinin forma və üslublarından söz açıblar.

Onlayn tədbirin iştirakçıları, həmçinin divarda yelpiklərin hazırlanma üsulu ilə tanış ola biliblər.

Sonda Çin yelpiklərinin unikal tətbiqi sənət məmulatları və yelpiklərlə ənənəvi Çin rəqsləri haqqında filmlər nümayiş etdirilib.

Mənbə

Teqlər

Oxşar yazılar

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Close