Xarici

ABŞ təhsilli Azərbaycan məzunları ABŞ-ı Vətənimizin haqq işinə dəstək olmağa çağırdılar

“ABŞ Təhsilli Azərbaycan Məzunları” İctimai Birliyi ABŞ-ın Dövlət Katibi Maykl Pompeoya müraciət ünvanlanıb. 

AzEdu.az-ın məlumatına görə, müraciətdə ABŞ Hökuməti BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin (822, 853, 874, 884) icrasında fəal rol oynamağa və Azərbaycanın ərazi bütövlüyünün toxunulmazlığına dəstək göstərməyə çağrılıb. 

Qeyd edilib ki, regionda sülh və təhlükəsizlik Azərbaycanın Dağlıq Qarabağ regionu və onun ətrafındakı rayonlarını işğal edən Ermənistan tərəfindən 30 ildir ki, təhlükəyə məruz qoyulur. Sülh isə yalnız beynəlxalq hüquqa riayət etməklə mümkündür. Daha sonra BMT Təhlükəsizlik Şurasının Ermənistan işğalçı qüvvələrinin Azərbaycan ərazilərindən qeyd-şərtsiz və tam şəkildə çıxarılmasını tələb edən dörd qətnaməsinin (822, 853, 874, 884) 1993-cü ildən bəri kobudcasına pozulmasından narahatlıq ifadə edilir. Vurğulanır ki, yalnız Azərbaycanın ərazi bütövlüyü bərpa olunandan sonra 1 milyona yaxın azərbaycanlı məcburi köçkünün öz evinə qayıdışı mümkündür.

Müraciətin sonunda ABŞ-ın regionda beynəlxalq hüquqa hörmətin təmin edilməsində aparıcı rol oynayacağına ümid ifadə edilib.

Mənbə

Teqlər

Oxşar yazılar

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Close