Xarici

ABŞ alimlərinin iştirakı ilə xarici dilin distant tədrisinə həsr olunan beynəlxalq konfrans keçiriləcək

Sentyabrın 7-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Xarici dilin  distant tədrisinin təkmilləşdirilməsi imkanları-2020” mövzusunda onlayn beynəlxalq konfrans keçiriləcək.

AzEdu.az xəbər verir ki, UNEC-in “Xarici dillər” kafedrasının dosenti, ABŞ-ın Fulbrayt proqramının məzunu Sevinc Ələkbərzadənin moderatorluğu ilə  xarici dil müəllimləri üçün keçirilən beynəlxalq  konfransda ABŞ-ın aparıcı universitetlərinin alimləri xarici dilin distant tədrisinin təkmilləşdirilməsi yolları, onlayn mühitdə tədris və öyrətmə, onlayn tədris kontekstində tələbələri cəlb etmə, müasir təhsilalanlar, effektiv dərs kitabları və onlayn tədris  mövzularında çıxışlar edəcək, eləcə də müzakirələr apacaqlar.

Beynəlxalq konfrans UNEC-in rəsmi Facebook səhifəsi üzərindən canlı yayımlanacaq. Konfransın sessiyalarında spikerlərə izləyicilər tərəfindən sual vermək imkanı da yaradılacaq.

Beynəlxalq konfrans 07.09.2020-ci il tarixində Bakı vaxtı ilə saat 18:00-da (ABŞ vaxtı ilə səhər 9:00) keçiriləcək.

Konfransın spikerləri:

Dr.Qram R.Smit – ABŞ Boston kollecinin Linç Təhsil və İnkişaf məktəbinin  xarici dil müəllimi, elmi tədqiqatçı.

Maryna Teplova – ABŞ İllinoys Dövlət Universitetinin “İngilis dili” kafedrasının doktorant müəllimi.

Tasito Kuri – ABŞ Beynəlxalq TEFL Təlim İnstitutunun rəhbəri.

Gizela Kornejo- ABŞ Beynəlxalq TEFL Təlim İnstitutunun akademik rəhbəri.

Konfransın proqramı

Mənbə

Teqlər

Oxşar yazılar

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Close