“Çağdaş Azərbaycanda elm və təhsilin prioritet istiqamətləri” elmi konfransı

Azərbaycan Respublikası “Təhsil” Cəmiyyəti 2 aprel 2021-ci il tarixində “Zoom” üzərindən “Çağdaş Azərbaycanda elm və təhsilin prioritet istiqamətləri” mövzusunda onlayn konfrans təşkil edir.

Azərbaycan Respublikasında istər siyasi, iqtisadi, sosial, istərsə də elm sahəsində inkişaf prosesi aşkar müşahidə edilir. Respublikamızın hazırkı durumunu nəzərə alsaq, Azərbaycanın təhsilinin, elminin daha yüksək səviyyədə qoruyub saxlaya bilmək və daima inkişafına təkan vermək hər bir vətandaşın mənəvi borcudur. Bu məqsədlə elmi yolun davamlılığını təmin edilməsi naminə daha əhatəli bilik və bacarığa sahib gənclərin  yetişməsi vacib amillərdən biridir. Günümüzün aktual olan probleminin həlli yolunda məqsədimiz Respublikamızın inkişafında gənclərin əvəzsiz rolunu nəzərə alaraq, prioritet məsələlərin həll olunmasında onlara dəstək olmaqdır.

“Çağdaş Azərbaycanda elm və təhsilin prioritet istiqamətləri” mövzusunda təşkil edilən elmi konfrans gənc alim və mütəxəssisləri, eləcə də gənc müəllimləri və təhsil sahəsində çalışan hər kəsi Azərbaycanın inkişafı yolunda mübarizəyə qoşulmağa dəvət edir.

“Çağdaş Azərbaycanda elm və təhsilin prioritet istiqamətləri” konfransı mütəxəssisləri maraqlandıran iqtisadiyyat, sosiologiya, psixologiya, pedaqogika, dil, ədəbiyyat, incəsənət, texniki, təbiət elmləri və təhsil sahələrində aktual məsələlərin müzakirə edilməsi, yeni elmi araşdırma istiqamətlərinin müəyyənləşdirilməsi, fikir mübadilələrinin aparılması və gələcəkdə keçiriləcək müştərək layihələrə zəmin hazırlanması kimi  müxtəlif istiqamətdə işlərin aparılması məqsədi daşıyır.

Konfrans komitəsi:

  • Pedaqogika elmləri doktoru, prof. Fərahim Sadıqov, Azərbaycan Universiteti.
  • Filologiya elmləri doktoru, prof. Buludxan Xəlilov, Azərbaycan Dövlət Pedaqoji Universiteti.
  • Psixologiya elmləri doktoru, prof. Elmar Hüseynov, Azərbaycan Dövlət Pedaqoji Universiteti.
  • Texnika üzrə fəlsəfə doktoru, dos. Nuğay Əliyev.

Təşkilat komitəsi:

  • Azərbaycan Respublikası “Təhsil”Cəmiyyəti.
  • Nuğay Əliyev “Təhsil Cəmiyyəti” İdarə Heyətinin sədri;
  • Fuad Məmmədov “Təhsil Cəmiyyəti” İdarə Heyətinin sədr müavini;
  • Taleh Şahməmmədli “Təhsil Cəmiyyəti” İdarə Heyətinin üzvü;
  • Murad Ağalarov “Təhsil Cəmiyyəti” İdarə Heyətinin üzvü;
  • Reyhan Mənəfova “Təhsil Cəmiyyəti” İdarə Heyətinin üzvü, AMEA-nın Şəki Regional Elmi Mərkəzi.

Elmi heyət:

  1. Filologiya elmləri doktoru, prof. Asif Hacıyev, Azərbaycan Universiteti
  2. Pedaqogika üzrə fəlsəfə doktoru, dos. Şəfiqə Tahirova, Azərbaycan Dillər Universiteti
  3. Sənətşünaslıq elmləri doktoru, prof. Abbasqulu Nəcəfzadə, Azərbaycan Milli Konservatoriyası
  4. Sosiologiya üzrə fəlsəfə doktoru, dos. Üzeyir Şəfiyev, Bakı Dövlət Universiteti.
  5. Tarix üzrə fəlsəfə doktoru, dos. Zaur Məmmədov, Lənkəran Dövlət Universiteti.
  6. Pedaqogika üzrə fəlsəfə doktoru, dos. Taleh Xəlilov, Naxçıvan Dövlət Universiteti.
  7. Texnika elmləri üzrə fəlsəfə doktoru, dos. Elsevər Fərzəliyev, Azərbaycan Dövlət İqtisad Universieti
  8. Sənətşünaslıq üzrə elmlər doktoru, dos. Nardanə Yusifova, AMEA Milli Azərbaycan Tarixi Muzeyi “Təsviri materiallar” fondunun müdiri .
  9. Filologiya üzrə fəlsəfə doktoru, dos. Reyhan Dadaşova, Azərbaycan Dövlət Pedaqoji Universiteti
  10.  Filologiya üzrə fəlsəfə doktoru, dos. Fərhad Mədətov, Azərbaycan Universiteti.
  11.  Texnika üzrə fəlsəfə doktoru, dos. Nuğay Əliyev, AR Təhsil Cəmiyyəti.
  12.  Filologiya üzrə fəlsəfə doktoru, dos. Qəmbərova Qüdsiyyə, AMEA İ. Nəsimi adına Dilşilik İnstitutu.
  13.  Tamilla Seyidova, Əməkdar rəssam.

Konfransın mövzuları:

1. Elm və təhsil – Elmin yeni istiqamətləri və prioritetləri, təhsilin fəlsəfəsi, idaəretməsi, təhsildə monitorinq və qymətləndirmə. Yeni təhsil sisteminin cəmiyyətin formalaşmasında rolu. Distant təhsil və s.

2. Humanitar elmlər – Ədəbiyyətşünaslığın, dilçiliyin, tarixşünaslığın müasir problemləri, humanitar elmlərdə yeni yanaşma metod və metodologiyaları (hüquqşünaslıq, media və informasiya, pedaqogika, psixologiya, fəlsəfə, sosiologiya, incəsənət və s.).

3. İctimai elmlər – İqtisadi elmlərin qarşısında qoyulan yeni tələblər, yeni iqtisadi sistemlər, ekonofizika və digər.

4. Təbiət və texniki elmlər – Təbiət elmlərinə müasir baxışlar sistemi (kimya, biologiya, fizika, riyaziyyat və s.). Mühəndislik elmləri, elm və texnologiyanın müasir cəmiyyətin həyatındakı yeri.

5. İncəsənət – Azərbaycanda mədəniyyət və incəsənətin müasir səviyyəsi, cəmiyyətin formalaşmasında incəsənətin rolu və inkişaf istiqamətləri (musiqi, rəssamlıq, heykəltaraşlıq və s.).

Tezislərin tərtibi qaydaları:

  • Tezislərin həcmiən az 250 sözdən ibarət olub, Azərbaycan, türk, rus və ingilis dillərində hazırlana bilər.
  • Tezislərin mətni A4 formatında, Microsoft Word proqramında, Times New Roman şriftində, 14-lük ölçüdə, sağdan 3,5, soldan, yuxarıdan və aşağıdan 2,5, sətirlərarası məsafə 1,5 olmalıdır.

Məqalələrin tam mətni aşağıdakı qaydada tərtib olunmalıdır:

  • Mətn A4 formatında, Microsoft Word proqramında, Times New Roman şriftində, 14-lük ölçüdə, soldan 3,5, yuxarı aşağı və sağdan 2,5 sm ölçülərində hazırlanmalıdır. Sətirlərarası məsafə 1,5 olmalıdır. Məqalələrin həcmi 6 səhifəni keçməməlidir.
  • Məqalələrin əvvəlində yazıldığı dildə və iki xarici dildə xülasə və açar sözlər verilməlidir. Xülasələr və açar sözlər Times New Roman şrifti ilə 12-lik ölçüdə, itallik formada yazılmalıdır. Məqalənin sonunda elmi yenilik və nəticə yazılmalıdır.
  • Ədəbiyyat siyahısı əlifba sırası prinsipinə əsaslanmalıdır.

Konfransda çıxış etmək və nəşr edilmək üçün qəbul olunan məruzələr Təşkilat Komitəsi tərəfindən tam mətnin qiymətləndirilməsindən sonra həyata keçiriləcəkdir.

Tezis və məqalələr aşağıdakı elektron poçt ünvanına göndərilməlidir: tahsilngo@gmail.com Əlaqədar şəxs: Reyhan Mənəfova Tel: (+994) 55 936 49 52 (whatsapp)

Müraciət şərtləri:

Konfransda iştirak etmək üçün müraciət forması hazırlanan tezislə birlikdə göndərilməlidir. Bir məruzəçi ancaq bir məruzə göndərmək hüququna malikdir. Müəlliflərinin sayı ikidən artıq olan  məruzələr qəbul edilmir.

Konfransda iştirakın şərtləri:

Konfrans ödənişlidir:  İştirak etmək istəyənlər 20 manat məbləğində ödəniş edərək konfransa qatıla bilərlər. Konfrans iştirakçılarına sertifikat veriləcək, məqalə və tezislər nəşr olunacaqdır.

Mühüm tarixlər:

Tezis göndərmənin son tarixi: 2021-ci il, 22 mart
Qəbul olunmuş tezislərin elanı: 2021-ci il, 29 mart
Məqalələrin tam mətninin göndərilməsinin son tarixi: 2021-ci il, 24 mart

Back to top button
Close