Universitetə qəbul

Xaricdə tam təqaüdlə təhsil ala biləcəyiniz universitetlər – SİYAHI

Dil  biliyini  inkişaf  etdirmək  və  gələcəkdə  uğurlu  karyeraya  sahib  olmaq  üçün  xaricdə  təhsil  almaq  ən  uyğun  seçimdir.

Dünyanın  bir  çox  ölkələrində  hökumət  və  ya  universitetlər  tərəfindən  bacarıqlı, istedadlı  xarici  tələbələr  üçün  təhsil  və  yaşayış  xərclərini  qarşılayan  çox  sayda  maddi dəstək vəd edən təqaüdlər   təqdim  edilir.

AzEdu.az   bu  universitetlərdən  bir  neçəsini  təqdim  edir:

1.BRİSTOL  UNİVERSİTETİ

Bu  universitet  1876 – cı ildə  İngiltərənin  cənubundakı  Bristol  şəhərində  yaradılıb. Hazırkı dövrdə  xüsusilə  ədəbiyyat, mühəndislik, tibb  və  baytarlıq,  sosial  elmlər  və  hüquq  fakültələri  üzrə  xaricdə  təhsil  almaq  istəyən  tələbələrin  diqqətini  çəkir. Bristol Universiteti; 13 Nobel mükafatı, tədqiqat liderliyi, canlı  kampus  həyatı, dünya  miqyasında  məzunlar  şəbəkəsi və əla  karyera  perspektivləri  ilə tələbələrə  çoxsaylı  imkanlar  təqdim  edir. Çünki  şəhərdə, xüsusilə  mühəndislik,  aviasiya,  maliyyə  və  media  sektorları  üzrə  işləyə  biləcəyiniz  çox  sayda  yer  var.

Universitet, Think  Big  Lisans  və  Lisansüstü  Bursları  da  daxil  olmaqla  beynəlxalq  tələbələr  üçün  bir  sıra təqaüd     təqdim  edir.

2.ARİZONA UNİVERSİTETİ

1885 – ci  ildə  yaradılan  Arizona  Universiteti  ölkənin  ən  yaxşı  ictimai  tədqiqat  qurumlarından  biridir. Hər  il  innovasiya  və  araşdırmaya  600  milyon  dollar investisiya  yatıran  universitet,  keyfiyyətli  təhsil  sistemi,  öz  sahəsində mütəxəssis  olan  akademikləri,  600 – dən  çox  tələbə  klubu  və  cəmiyyəti,  mükafata  layiq  görülən  kampusları,  muzeyləri  və  kitabxanaları  ilə  hər  kəsi  heyran  qoyur. Arizona  Universitetində  təqaüdlə  təhsil  almaq  istəyənlər  üçün  akademik  ümumi  ortalama  göstəriciləri və  imtahan  nəticələrinə  əsasən, müəyyən  şöbələrdə  qüvvədə  olan  4000 – dollardan  24000- dollara  kimi  çox saylı  maliyyə  yardımı  təklif  olunur.

3.ALBERTA UNİVERSİTETİ

Kanadada  yerləşən  Alberta  Universiteti, 1908 – ci  ildə  çayları, gölləri, təbii gözəlliyi  və  zəngin  neft  ehtiyatları  ilə  məşhur  olan  Alberta əyalətində qurulmuşdur. Universitet  hüquq,  mühəndislik, əczaçılıq, stomatologioya  və tibb  fakültələri  ilə  həm  magistratura, həm də  doktorantura  üzrə  müxtəlif  proqramları ilə  ölkənin  ən  yaxşı 10  universiteti  arasındadır. Alberta  Universiteti  xarici tələbələr  üçün  hər  il  28  milyon  Kanada  dolları  dəyərində  təqaüd  verir. Xüsusilə  idmançılar  üçün  təqdim  etdiyi  atletizm  təqaüdləri  və  universitetlərə  qəbul  olan  tələbələrə  yönəlik  avtomatik  təqaüdləri  ilə  məhşurdur.

4.KYUNG HEE UNİVERSİTETİ

1949 – cu  ildə  qurulan  Kyung  Hee  Universiteti  bu  gün  Seul  və  Yongin daxil olmaqla  4  kampusu  ilə  tələbələrə  rahat  və  təhlükəsiz  bir  mühit təqdim  edir. Cənubi  Koreyanın  ən  yaxşı  tədqiqat  yönümlü  təhsil müəssisələrindən  biri  olan  universitet, beynəlxalq  sülhü  təbliğ  etmək  üçün Birləşmiş  Millətlər  Təşkilatı  ilə ortaqlığa  sahib  olsa da, bir çox universitetlə də  tədqiqat  işləri aparır. Xaricdə  təqaüd  axtarırsınızsa  və Asiyanın ən ekzotik ölkələrindən biri olan Cənubi Koreyada təhsil almaq istəyirsinizsə  Kyung  Hee Universitetini  rahatlıqla  seçə  bilərsiz. Universitetin  xüsusi  ilə  dəyişim  proqramı  ilə  gələn  və  birinci  kursa  qəbul  olan  tələbələri  üçün  çox  sayda  finansal  dəstək  göstərilir.

5.UTRECHT UNİVERSİTETİ

1636 – cı  ildə  Hollandiyanın  Utrecht  orta  əsr  şəhərində  qurulan  bu universitet,  Avropanın  ən  hörmətli  və  ən  qədim  ali  təhsil  ocaqlarından biridir. Ölkənin ən böyük və ən  əhatəli  ali  təhsil  ocağı olan Utrecht Universiteti, 12 Nobel mükafatı, zəngin tədqiqat imkanları və Avropa Birliyinə  üzv  olmayan  beynəlxalq  tələbələr  üçün  təqdim  etdiyi  təqaüdlərlə  tanınır. Xüsusilə  universitetin  Mükəmməllik  Təqaüdləri  hər  il  adəti  üzrə Avropa  birliyi  xaricindəki    20 – 25  tələbəyə  verilir. Təqaüd  11.000  avro dəyərindədir  və  tələbələrin  təhsil  və  ya  yaşayış  xərclərini  əhatə  edir.

Qeyd  edək  ki,  ümumilikdə  universitetlər  tərəfindən  tədqiq  edilən  təqaüdlər  haqqında  daha  ətraflı  məlumat  almaq  üçün  buraya  daxil  ola  bilərsiz.

Mənbə

Teqlər

Oxşar yazılar

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Close