Universitetə qəbul

V qrupun üzrə abituriyentlərin sualları cavablandırılacaq – CANLI YAYIM

Bu gün saat 15:00-da Dövlət İmtahan Mərkəzinin (DIM) “Facebook” səhifəsi vasitəsilə ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün V ixtisas qrupu üzrə ixtisas seçimi ilə əlaqədar canlı yayım ediləcək.



AzEdu.az xəbər verir ki, canlı yayımda Mərkəzin şöbə müdiri Natiq Əliyev ixtisas seçimi ilə bağlı geniş məlumat verəcək, abituriyentləri və onların valideynlərini maraqlandıran sualları cavablandıracaq.


Canlı yayım zamanı sizi maraqlandıran sualları müvafiq postun altına yaza bilərsiniz.

Sualınıza dolğun cavab tapmaq istəyirsinizsə, onu tam aydın və dəqiq ifadə etməlisiniz.

Mənbə

Teqlər

Oxşar yazılar

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Close