Universitetə qəbul

UNEC-i seçmək istəyən abituriyentlərin sualları cavablandırılıb

Bakı, 9 sentyabr, AZƏRTAC

Sentyabrın 9-da iqtisadiyyat və idarəetmə, eləcə də texniki və texnoloji ixtisaslar üzrə Azərbaycan Dövlət İqtisad Universitetini (UNEC) seçmək istəyən abituriyent və onların valideynlərinin ixtisas seçimi ilə bağlı suallarını cavablandırmaq üçün canlı yayım təşkil olunub.

UNEC-in rəsmi “Facebook”, “YouTube” və “Instagram” səhifələrindən canlı yayımı həm izləmək, həm də suallar ünvanlamaq mümkün olub.

Universitetdən AZƏRTAC-a bildirilib ki, müraciətləri tədris və təlim texnologiyaları üzrə prorektor Anar Rzayev, Maliyyə və mühasibat fakültəsinin dekanı Gəray Musayev, Beynəlxalq İqtisadiyyat Məktəbinin direktoru Aqil Əzizov, Beynəlxalq əməkdaşlıq departamentinin direktoru Sənnur Əliyev, Ekspertiza və standartlaşdırma fakültəsinin dekanı Tofiq Osmanov, Dizayn kafedrasının müdiri Lalə Məmmədova, Fizika və kimya kafedrasının müdiri Rövnəq Rzayev cavablandırıblar.

Mənbə

Teqlər

Oxşar yazılar

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Close