Universitetə qəbul

“Pandemiya ilə əlaqədar bir çox ixtisaslarda keçid balı 30-40 bal aşağı düşə bilər” – Ekspert

Milli.Az bildirir ki, bunu Trend-ə təhsil üzrə ekspert Elçin Süleymanov deyib.

Onun fikrincə, Dövlət İmtahan Mərkəzi (DİM) bugünlərdə abituriyentlərin ixtisas seçiminə başlayarkən mövcud statistik rəqəmləri nəzərə almaqla müəyyən qərar verəcək:

E.Süleymanov qeyd edib ki, bu il həm bir neçə yeni ixtisas açılıb, həm də dövlət sifarişli yerlər də daxil olmaqla, ümumilikdə qəbul planı artırılıb. Bu ixtisasların keçid balı ümumi olaraq abituriyentlərin topladığı baldan asılı olacaq:

“Pandemiya ilə əlaqədar olaraq, ola bilsin ki bir çox ixtisaslarda keçid balı 30-40 bal aşağı düşsün. Düşünürəm ki, DİM Ombudsmanın və valideynlərin müraciətinə əsasən minimum keçid balını aşağı sala bilər. Müsabiqə əsasında hər bir ixtisas üzrə formalaşan keçid balını DİM deyil, abituriyentlərin seçimi müəyyənləşdirir. DİM sadəcə hazırda bəzi ixtisaslar üçün tətbiq etdiyi minimum 150 balı digər ixtisaslar üçün də tətbiq edə bilər. Onu da qeyd etmək lazımdır ki, pandemiyaya görə DİM qabiliyyət imtahanlarında müəyyən güzəştlər edib”.

Xatırladaq ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva bir qrup abituriyent tərəfindən Ombudsmana edilmiş müraciət əsasında müsabiqə şərtlərinin yumşaldılması ilə bağlı DİM rəhbərliyinə müraciət edib.

Müraciətdə koronovirus pandemiyası ilə əlaqədar olaraq məktəblərin bağlanması, həmçinin qrup halında məşğələlərin məhdudlaşdırılması ilə bağlı abituriyentlər üçün yaranmış çətinliklər, internetə fasiləsiz çıxışın olmaması səbəbindən bəzi abituriyentlərin onlayn dərslərə qoşulmasında ortaya çıxan problemlər, imtahan vaxtlarının dəyişdirilməsi məsələsi və bütün bunların nəticədə həmin abituriyentlərin imtahanlarda yüksək bal toplamasına mane olduğu qeyd olunub.

Mənbə

Teqlər

Oxşar yazılar

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Close