Universitetə qəbul

İxtisas qrupları üzrə bu qədər plan yeri boş qaldı-VACİB

Dövlət İmtahan Mərkəzi (DİM) 2020/2021-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrini elan edib.

AzEdu.az  II tur üzrə ixtisas qrupları üçün boş qalan plan yerlərini təqdim edir: I ixtisas qrupu üzrə  təxminən 1700 yer, II ixtisas qrupu üzrə təxminən 3000 yer, III ixtisas qrupu üzrə təxminən 300 yer, IV ixtisas qrupu üzrə  təxminən 550 yer, V ixtisas qrupu  üzrə  təxminən 30 yer boş qalıb.

Qeyd edək ki, boş qalan yerlər üzrə əlavə ixtisas seçimlərinin təsdiqi sentyabrın 26-dan 30-dək internet vasitəsilə aparılacaq. Plan yerlərinin dəqiq sayı Ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinin siyahısı “Abituriyent” jurnalının 8-ci sayında dərc olunacaqdır.

Mənbə

Teqlər

Oxşar yazılar

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Close