Universitetə qəbul

I ixtisas qrupunun rekordçuları Bakı Ali Neft Məktəbini seçəcək

I ixtisas qrupu üzrə yalnız 1 nəfər, Xırdalan şəhəri, 1 saylı orta məktəbin məzunu Hüseyn Abdullayev imtahanda 400 bal olmaqla, hər iki mərhələnin cəminə görə maksimal olan 700 balı toplayıb. Həmin qrup üzrə ikinci ən yüksək nəticəni isə 697 balla Bakı şəhəri, Binəqədi rayonu 297 saylı orta məktəbin məzunu Nahid Nuri göstərib. Onların hər ikisi də imtahanın I mərhələsində maksimal 300 bal toplayıblar. 

“Report” xəbər verir ki, yüksək bal toplayan hər iki abituriyent Bakı Ali Neft Məktəbini (BANM) seçməyi planlaşdırır. 

Hüseyn Abdullayev BANM-in İnformasiya təhlükəsizliyi və Proseslərin avtomatlaşdırılması ixtisasları arasında seçim etməyi nəzərdə tutub. Nahid Nuri isə İnformasiya təhlükəsizliyi ixtisasını seçmək niyyətindədir. 

Qeyd edək ki, I ixtisas qrupu üzrə ötən gün açıqlanan qəbul imtahanının nəticələrinə görə 12 nəfər 400 bal toplamaqla ən yüksək nəticəni göstərib.

Mənbə

Teqlər

Oxşar yazılar

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Close