Universitetə qəbul

Birinci kurs tələbələrinin qeydiyyat müddəti uzadılıb

Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə və orta ixtisas təhsili müəssisələrinə 2020-2021-ci tədris ilində qəbul olunan tələbələrin qeydiyyat müddəti uzadılıb.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, tələbələr oktyabrın 14-ü saat 17:00-dək https://e-telebe.edu.az elektron portalı vasitəsilə qeydiyyatdan keçə bilərlər.

Xatırladaq ki, https://e-telebe.edu.az elektron portalı vasitəsilə təhsil müəssisələrində birinci kurs tələbələrinin qeydiyyatı prosesində onların sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olub-olmaması avtomatik qaydada müəyyən edilir. Həmin tələbələrin 2020-2021-ci tədris ilinin payız semestri üçün təhsil haqqı xərclərinin ödənilməsi ilə bağlı informasiya sisteminə təkrar müraciət etmələrinə ehtiyac yaranmır.

Mənbə

Teqlər

Oxşar yazılar

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Close