Peşə məktəbi
Peşə təhsili pilləsi üzrə təhsilalanların onlayn tədrisinə dair statistika açıqlanıb

Peşə təhsili pilləsi üzrə təhsilalanların onlayn tədrisinə dair statistika açıqlanıb.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, peşə təhsili pilləsi üzrə ümumilikdə 21 min 405 nəfər təhsil alır. Təhsil alanların 7 min 439-u ilk peşə, 13 min 926-sı texniki peşə, 40 nəfər isə yüksək texniki peşə pilləsindədir. Mühəndis-pedaqoji heyətə isə 4 min 84 nəfər daxildir.