Peşə məktəbi

Peşə təhsili alan şəxslərin kommunal xərcləri yaşadıqları “Məzun evi” tərəfindən ödəniləcək

Nazirlər Kabineti “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nəzdində uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunları üçün “Məzun evi” Sosial Müəssisəsinin Nizamnaməsi”ndə dəyişiklik edib.

AzEdu.az-ın məlumatına görə, dəyişiklik “Məzun evi” Sosial Müəssisəsində məskunlaşmış peşə təhsili müəssisələrində əyani təhsil alan şəxslərlə bağlıdır.

Dəyişikliyə əsasən, “Məzun evi” Sosial Müəssisəsində məskunlaşmış peşə təhsili müəssisələrində əyani təhsil alan 23 yaşınadək şəxslərin kommunal xərcləri onların təhsil aldığı müddətdə “Məzun evi” Sosial Müəssisəsi tərəfindən ödəniləcək. 

Qeyd edək ki, “Məzun evi” Sosial Müəssisəsi valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlar üçündür. 

Mənbə

Teqlər

Oxşar yazılar

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Close