Peşə məktəbi

“Bacarıqlı ol” usta yanında öyrənmə proqramına start verilir

Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkilatçılığı və “Bazarstore” Məhdud Məsuliyyətli Cəmiyyətinin dəstəyi ilə “Bacarıqlı ol” usta yanında öyrənmə proqramı çərçivəsində satıcı-kassir ixtisası üzrə qısamüddətli hazırlıq təliminə ərizə qəbulu elan olunur.

Agentlikdən AZƏRTAC-a bildirilib ki, 12 həftə davam edəcək təlim müddətində iştirakçılar nəzəri biliklər və praktiki məşğələlər vasitəsilə real iş mühitində sözügedən ixtisas üzrə bacarıq və səriştələrə yiyələnəcəklər.

Təlimin məqsədi peşə təhsili müəssisələrində təhsil alan tələbələrin və işsiz şəxslərin praktiki formada təcrübələrinin təşkili, habelə peşə təhsilinin əhatə dairəsinin genişlənməsini təmin etməkdir. Seçim prosesində qiymətləndirmə nəticələrinə görə ən yüksək bal toplayan 5 tələbəyə mükafatlar təqdim olunacaq.

Qeyd edək ki, təlimlər ödənişsizdir.

Mənbə

Teqlər

Oxşar yazılar

Back to top button
Close