Orta məktəb

Yuxarı siniflər məktəbdə – FOTOSESSİYA

Fevralın 15-dən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin V-IX siniflərində və xüsusi məktəblərin I-IX siniflərində əyani tədrisə start verilib. BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin I-IV siniflərində 182 min 18, V-IX siniflərdə 199 min 694, xüsusi məktəblərdə 1845 şagird təhsil alır, məktəbəhazırlıq qruplarına isə 27 min 122 uşaq cəlb olunub.

Təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti qaydaları”, həmçinin Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş tədris planları əsasında təşkil edilir.

AZƏRTAC Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrindən “Yuxarı siniflər məktəbdə” mövzusunda fotosessiyanı təqdim edir.

Mənbə

Teqlər

Oxşar yazılar

Back to top button
Close