Orta məktəb

Yeni tədris ilində yeni formatda “Dərs vaxtı”

Sentyabrın 1-dən “Mədəniyyət” telekanalında “Dərs vaxtı” proqramının yayımına  start verilir.

Əziz şagirdlər, həftənin beş günü tarixdən  riyaziyyata, ədəbiyyatdan kimyayadək məktəbdə keçirilən bütün fənlərin  televersiyası nümayiş olunacaq. Teledərslər yeni studiyada, təcrübəli müəllimlərin izahı ilə təqdim ediləcək. Hər günə dair dərs cədvəlləri sizinlə əvvəlcədən paylaşılacaq.

Unutmayın ki, teledərslər ən yaxşılardan öyrənmək üçün əlavə və unikal imkandır.

Qeyd edək ki, “Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi “Youtube” (https://www.youtube.com/playlist…) kanalı ilə yanaşı “Facebook” səhifəsindən, eyni zamanda “Təhsil” televiziyasının “Facebook” səhifəsindən, həmçinin Təhsil Nazirliyinin videodərslər portalından (https://video.edu.az/) izləmək imkanı əldə edə bilərlər.

Mənbə

Teqlər

Oxşar yazılar

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Close