Orta məktəb

“Xəmsə möcüzəsi” beynəlxalq rəsm müsabiqəsinə yekun vurulub

Təhsil Nazirliyinin dəstəyi və 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Xəmsə möcüzəsi” onlayn beynəlxalq yaradıcılıq müsabiqəsinə yekun vurulub.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, müsabiqənin məqsədi Azərbaycanda və digər ölkələrdə yaşayan gənc nəsli Nizami Gəncəvinin yaradıcılığı ilə incəsənətin müxtəlif sahələri vasitəsilə tanış etmək, onlarda klassik irsə məhəbbət hissi aşılamaq, dahi şairin “Xəmsə”sinin süjetləri əsasında orta əsr Azərbaycan miniatür sənətinə maraq oyatmaq, təsviri – tətbiqi sənət növləri vasitəsilə bilik və bacarıqlarını formalaşdırmaqdan ibarət olub.

“Bədii qiraət” və “Təsviri-tətbiqi sənət” nominasiyaları üzrə 3 yaş qrupunda (6-9, 10-13, 14-17) keçirilən beynəlxalq onlayn yaradıcılıq müsabiqəsinə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Portuqaliyadan olan uşaqlar qatılıb. Müsabiqəyə ümumilikdə 1070 rəsm işi daxil olub.

Müsabiqəyə təqdim olunan işlər Xalq rəssamı Sakit Məmmədov, əməkdar incəsənət xadimi Rafiq Əzizov və əməkdar artist Ağalar Bayramov tərəfindən qiymətləndirilib. Qaliblər diplom və sertifikatlarla təltif edilib.

Mənbə

Teqlər

Oxşar yazılar

Back to top button
Close