Orta məktəb

VI Qafqaz Riyaziyyat Olimpiadasından 7 medal

12-17 mart 2021-ci il tarixlərində Adıgey Respublikasının Maykop şəhərində VI Qafqaz Riyaziyyat Olimpiadası təşkil edilib. Qaydalara əsasən, olimpiadada ölkəmizi aşağı və yuxarı yaş qrupları olmaqla 2 müxtəlif liqalar üzrə 8 nəfərdən ibarət komanda təmsil edib.

AzEdu.az xəbər verir ki, məktəblilərimiz olimpiadada uğurla çıxış edərək 3 qızıl, 3 gümüş və 1 bürünc medalolmaqla, ümumilikdə 7 medal və 1 “Həvəsləndirici sertifikat” qazanıb. Belə ki, Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin IX sinif şagirdləri Fidan Qarayeva və Cəlil Hüseynov, həmin liseyin X sinif şagirdi Toğrul Abbasov qızıl, sözügedən liseyin X sinif şagirdi Muhammed Nuriyev, Bakı şəhəri 2 nömrəli Texniki-Humanitar liseyin X sinif şagirdi Elçin Musazadə, Bakı şəhəri 220 nömrəli məktəb-liseyin XI sinif şagirdi Yusif Qasımov gümüş, Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin X sinif şagirdi Amin Cəfərzadə bürünc medala və Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin IX sinif şagirdi Fidan Cəfərli isə “Həvəsləndirici sertifikat”a layiq görülüb.

Məktəblilərimizi təbrik edir və uğurlar arzulayırıq!

Mənbə

Teqlər

Oxşar yazılar

Back to top button
Close