Orta məktəb

Summativ qiymətləndirmənin nəticəsi şagirdlərin yarımillik qiymətləri hesab olunacaq

II-XI siniflərdə bütün fənlər üzrə summativ qiymətləndirmə fənni tədris edən müəllim tərəfindən distant formada yarımilin sonunda bir dəfə olmaqla aparılacaq.

AZƏRTAC xəbər verir ki, bunu xüsusi karantin rejimi dövründə məktəbdaxili qiymətləndirmənin müvəqqəti qaydaları ilə bağlı onlayn müzakirədə Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu deyib.

O bildirib ki, summativ qiymətləndirmənin nəticələri 100 ballıq şkala ilə ölçüləcək və qiymətləndirmədə test, inşa, çalışma, şifahi sorğu, yaradıcılıq və əl işləri, layihə kimi vasitələrdən istifadə olunacaq. Summativ qiymətləndirmə nəticəsində müəyyən edilən ballar şagirdlərin yarımillik balları və qiymətləri hesab olunacaq və sinif jurnalında müvafiq qaydada yazılacaq.

Xatırladaq ki, xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkilinə dair Təhsil Nazirliyi Kollegiyasının qərarı ilə “Xüsusi karantin rejimi dövründə ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (məktəbdaxili qiymətləndirmənin) aparılmasının müvəqqəti Qaydası” təsdiq edilib.

Mənbə

Teqlər

Oxşar yazılar

Back to top button
Close