Orta məktəb

“Sağlam Mühit – Sağlam Gələcək” layihəsi çərçivəsində məktəblilər üçün cizgi filmi

“Sağlam Mühit – Sağlam Gələcək” layihəsi çərçivəsində məktəblilər üçün iqlim dəyişmələri mövzusunda cizgi filmi hazırlanıb. Cizgi filmi məktəblinin dili ilə məişətdə iqlim dəyişmələrinin qarşısının necə alına biləcəyindən bəhs edir.

Layihə çərçivəsində daha iki öyrədici animasiya filminin hazırlanaraq məktəbli, valideyn və müəllimlərə təqdim olunması, həmçinin iqlim dəyişmələrinin şəhər həyatı və təbiətdə yaratdığı fəsadlar, onların qarşısının alınması barəsində azyaşlı məktəblilər üçün maarifləndirici video-oyun tətbiqinin hazırlanması planlaşdırılıb.

Qeyd edək ki, sözügedən layihə 2016-2020-ci illər üçün Azərbaycan Hökuməti və UNICEF arasında imzalanmış Əməkdaşlıq Proqramı çərçivəsində 2018-2019-cu illər üçün Təhsil proqramı – Dövri Fəaliyyət Planının “Azərbaycanın seçilmiş məktəblərində məktəb əsaslı təlim proqramı vasitəsilə ekoloji maarifləndirmə üzrə bacarıqların gücləndirilməsi” bəndi üzrə artıq dörd ildir ki davam edən silsilə layihələrdən biri kimi icra edilir. Layihənin əsas məqsədi cəmiyyətdə dayanıqlı inkişaf məqsədləri üzrə məlumatlılığın artırılması, ekoloji mədəniyyətin, həmçinin məişətdə iqlim dəyişmələrinin qarşısının alınması üçün davranış tərzinin formalaşdırılmasıdır.

2019-cu ilin iyun ayından başlamış “Sağlam Mühit – Sağlam Gələcək” layihəsi çərçivəsində bugünədək Bakı və Sumqayıt şəhərləri üzrə 170 sinif müəllimi iqlim dəyişmələri, ekosistem xidmətləri, su-sanitariya-gigiyena mövzuları üzrə təlimləndirilib. Təhsilalan və təhsilverənlərdən savayı, layihənin hədəf qrupu kimi valideynlər üçün məişət zəminində iqlim dəyişmələrinin qarşısının alınması vasitələrinin öyrədilməsinə dair onlayn vebinarlar təşkil olunub.

Mənbə

Teqlər

Oxşar yazılar

Back to top button
Close