Orta məktəb

Şagirdlərin elektron yerdəyişməsi prosesi bu gündən müvəqqəti dayandırılır

Bu gün saat 18:00-dan etibarən şagirdlərin elektron yerdəyişməsi prosesi müvəqqəti olaraq dayandırılacaq.

Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, sorğuların qəbulunun müvəqqəti dayandırılması II yarımil üzrə siniflərin komplektləşdirilməsi ilə bağlıdır.

Portalda mövcud sorğuların tamamlanması prosesi yanvarın 13-ü saat 18:00-dək davam edəcək. Valideynlər (qanuni nümayəndə) qeyd olunan tarixədək övladlarının şəxsi işlərini əvvəl oxuduqları məktəbdən götürərək yerdəyişmə üçün seçdikləri məktəbə təqdim etməlidirlər.

Proqram təminatının açılacağı tarix barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Mənbə

Teqlər

Oxşar yazılar

Back to top button
Close