Orta məktəb

Şəki Uşaq Musiqi məktəblərinin şagirdləri respublika müsabiqəsində uğur qazanıblar – FOTO

Şəki şəhər 3 və 4 nömrəli Uşaq Musiqi məktəblərinin şagirdləri Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin keçirdiyi “Vətən yaxşıdır” adlı onlayn respublika mahnı müsabiqəsində uğurla çıxış edərək, müsabiqənin qalibi adını qazanıblar.

AzEdu.az xəbər verir ki, bu barədə Şəki Regional Mədəniyyət İdarəsindən məlumat verilib.

Bildirilib ki, müsabiqədə iştirak edən 3 nömrəli Uşaq Musiqi Məktəbinin xanəndəlik ixtisası üzrə 4-cü sinif şagirdi Elton Əhmədov xalq mahnıları nominasiyasında 7-14 yaş qrupu üzrə, 4 nömrəli Uşaq Musiqi Məktəbinin şagirdi Aycan Şükürlü isə 15-20 yaş qrupu üzrə birinci yeri tutaraq müsabiqənin qalibi adını qazanıb və diplomla mükafatlandırılıblar.

Mənbə

Teqlər

Oxşar yazılar

Back to top button
Close