Orta məktəb

Respublika onlayn rəsm müsabiqəsi: Qızıl hərflərlə yazılan tarix!

Təhsil Nazirliyi 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin (UGİM) təşkilatçılığı ilə “Qızıl hərflərlə yazılan tarix!” respublika onlayn rəsm müsabiqəsinə start verilib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, müsabiqənin keçirilməsində əsas məqsəd uşaqlarda Vətənə sevgi və məhəbbət hissi aşılamaq, təsviri sənət üzrə istedadlı uşaq və gəncləri aşkar etməkdən ibarətdir.

Müsabiqənin 3 yaş qrupu (6-9,10-13,14-17) üzrə keçirilməsi nəzərdə tutulur. Respublika üzrə fəaliyyət göstərən ümumtəhsil məktəblərinin şagirdləri və məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvləri müsabiqədə iştirak edərək 1 iş təqdim edə bilərlər. Müsabiqəyə qatılmaq istəyənlər özləri barədə məlumatı (adı, soyadı, atasının adı, təvəllüdü, oxuduğu məktəb, sinif, məşğul olduğu müəssisənin şəhər (rayon) UGİM və iştirakçının əlaqə vasitəsi) hazırladıqları işlə birgə noyabrın 30-dək intiqam1962@mail.ru elektron poçt ünvana göndərməlidirlər. Həmçinin müsabiqə ilə bağlı +99450-426-01-53, +99450-367- 47-04 telefon nömrələri ilə əlaqə saxlanıla bilər.

Hər yaş qrupu üzrə qaliblər müsabiqənin Təşkilat Komitəsinin seçdiyi münsiflər heyəti tərəfindən müəyyən edilməklə 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin diplomları ilə təltif olunacaqlar.

Mənbə

Teqlər

Oxşar yazılar

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Close