Orta məktəb

Respublika fənn olimpiadaları üçün şagirdlər seçilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində Respublika fənn olimpiadalarına hazırlıq məqsədilə sınaq yoxlamaları və monitorinqlər keçirilib.

Bu barədə AZƏRTAC-a Təhsil İdarəsindən bildirilib.

Qeyd edilib ki, Respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsi iştirakçılarının tərkibinin müəyyənləşdirilməsi məqsədilə onlayn şəkildə təşkil edilən məktəb mərhələsində VIII-XI sinif şagirdləri iştirak edib.

Məktəb mərhələsində şagirdlər Azərbaycan dili və ədəbiyyat, tarix, coğrafiya, riyaziyyat, fizika, kimya, biologiya, informatika fənləri üzrə biliklərini sınayıblar. İlk turda yaxşı nəticə göstərən məktəblilər Respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsində iştirak etmək şansı qazanıb.

Qeyd edək ki, Respublika fənn olimpiadalarının keçirilməsində məqsəd istedadlı şagirdləri aşkara çıxarmaq, ayrı-ayrı fənlər üzrə istedadı və yaradıcı təfəkkürü ilə fərqlənən məktəblilərin potensial imkanlarını inkişaf etdirmək, şagirdlərin ixtisas və peşə seçiminə hazırlanması üçün əlverişli zəmin yaratmaqdan ibarətdir.

Mənbə

Teqlər

Oxşar yazılar

Back to top button
Close