Orta məktəb

“Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində əyani və distant tədris uğurla davam edir

Fevral ayının əvvəlində “Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində II-IV sinif şagirdlərinin əyani üsulla tədrisinə start verilib. V-IX sinif şagirdlərinin tədrisi isə Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, hələki distant formada davam edir. Hazırda layihə çərçivəsində II-IV siniflər üzrə 30 minə yaxın şagird əyani, V-IX siniflər üzrə isə 89 mindən çox şagird distant formada informatika fənnini yeni formatda öyrənir.

Layihə üzrə əyani və distant dərslərlə yanaşı, həm  Azərbaycan, həm də rus bölmələri üçün teledərslərin yayımı da davam etdirilir. Teledərsləri canlı olaraq “Mədəniyyət” telekanalında və istənilən vaxt layihənin rəsmi “YouTube” kanalında, rəsmi “Facebook” səhifəsində və videodərslər portalında (https://video.edu.az/) izləmək mümkündür. Bu günə qədər layihə çərçivəsində 280-dən çox teledərs efirə gedib.

Qeyd edək ki, sözügedən layihə hazırda Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Biləsuvar, Şamaxı, Lənkəran, Şirvan, Şəki rayon və şəhərləri üzrə 222 məktəbi, II-IX siniflər üzrə 120 mindən çox şagirdi əhatə edir. Layihənin həyata keçirilməsində məqsəd şagirdlərdə alqoritmik düşüncə və məntiqin, layihə bacarıqlarının inkişafı və proqramlaşdırmanın əsaslarının öyrədilməsidir.

Mənbə

Teqlər

Oxşar yazılar

Back to top button
Close