Orta məktəb
Quba rayonu Qamqam kənd orta məktəbində əyani formada tədris dayandırılıb

Bakı, 22 sentyabr, AZƏRTAC
Koronavirusa yoluxma ilə əlaqədar respublika ərazisində bir məktəbdə – Quba rayonu Qamqam kənd orta məktəbində əyani formada tədris dayandırılıb.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, məktəbdə 8 müəllimin virusa yoluxması səbəbindən təhsilin distant formasına keçid edilib. Müəllimlər arasında kütləvi yoluxmanın səbəbi olaraq sosial məsafənin qorunmaması və şəxsi gigiyena vasitələrindən istifadə edilməməsi ehtimal olunur.