Orta məktəb

Qazax və Şəkidə məktəb açılışı

Fevralın 11-də yeni tikilmiş Qazax rayonu Qaymaqlı kənd tam orta məktəbinin açılış mərasimi keçirilib. 

Açılış mərasimində Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdir müavini Orxan Abbasov, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, Qazax Rayon Təhsil Şöbəsinin müdiri Nizaməddin Babanlı və məktəb direktoru iştirak edib.

Qeyd edilib ki, yeni tikilmiş məktəb 180 şagird yerlikdir. Tədris binasında 9 sinif otağı, 3 laboratoriya, 2 texnologiya, informatika, gənclərin çağırışaqədərki hazırlığı, məktəbəhazırlıq kabinetləri fəaliyyət göstərir. Məktəbin yeməkxana, idman və akt zalları da mövcuddur.

Açılışdan sonra qonaqlar məktəbdə yaradılmış şəraitlə tanış olublar.
 
* * *
 
Fevralın 11-də Şəki rayonu Qumux və Baltalı kəndlərində də yeni tikilmiş tam orta məktəblərin açılış mərasimi keçirilib. 

Mərasimdə Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin əməkdaşı Elçin Kərimov, Şəki Rayon Təhsil Şöbəsinin müdiri Südabər İsmayılova və məktəb direktorları iştirak edib. 

Bildirilib ki, Qumux kənd tam orta məktəbi 132 şagird yerlikdir. Məktəbdə 10 sinif otağı, 3 laboratoriya, 2 texnologiya, informatika, gənclərin çağırışaqədərki hazırlıq və məktəbəhazırlıq kabinetləri var. 

Şəki rayonu Baltalı kəndində yeni tikilmiş 360 şagird yerlik tam orta məktəbdə isə 13 sinif otağı, 3 laboratoriya, 2 texnologiya otağı, informatika, gənclərin çağırışaqədərki hazırlıq, məktəbəhazırlıq kabineti, yeməkxana, idman və akt zalları var.

Açılışdan sonra hər iki məktəbin sinif otaqları, laboratoriya, idman zalı, akt zalı ilə tanışlıq olub.  1 / 10


11.02.2021 – 14:43

Paylaş

Digər xəbərlər

Mənbə

Teqlər

Oxşar yazılar

Back to top button
Close