Orta məktəb

“Qayıdış” onlayn respublika rəsm müsabiqəsi yekunlaşıb

5 noyabr-22 dekabr tarixlərində keçirilən “Qayıdış” onlayn respublika rəsm müsabiqəsinə yekun vurulub.

Təhsil Nazirliyinin dəstəyi, Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin təşkilatçılığı ilə baş tutan müsabiqənin keçirilməsində məqsəd Qarabağı gənclərə daha yaxından tanıtmaq, Vətən uğrunda döyüşlərdə igidlik göstərən qəhrəmanlarımızın döyüş ruhunu, azad olunmuş torpaqlarımızın təbiətini tərənnüm etmək və istedadlı uşaqların bacarıqlarını aşkar etməkdən ibarət olub.

Onlayn platformada 3 yaş qrupu üzrə (6-11 yaş, 12-14 yaş, 15-18 yaş) keçirilən müsabiqədə Bakı və Naxçıvan şəhərlərində, eləcə də respublikanın müxtəlif regionlarında fəaliyyət göstərən 42 uşaq-gənclər inkişaf mərkəzlərindən 193 rəsm işi ilə 182 dərnək üzvü iştirak edib.

Münsiflər heyəti tərəfindən hər yaş qrupu üzrə istedadlı iştirakçılar qiymətləndirilərək qaliblər müəyyən olunub. Qaliblər Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin diplomları, digər iştirakçılar isə həvəsləndirici diplomlarla təltif olunub.

Mənbə

Teqlər

Oxşar yazılar

Back to top button
Close