Orta məktəb

“Qarabağ abidələri” respublika onlayn rəsm və əl işləri müsabiqəsi keçirilir

Təhsil Nazirliyinin dəstəyi və 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə “Qarabağ abidələri” respublika onlayn rəsm və əl işləri müsabiqəsi keçirilir. Müsabiqə aprelin 22-dək davam edəcək.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, müsabiqənin keçirilməsində məqsəd uşaq və gənclərdə doğma Vətənə, torpağa məhəbbət hissini artırmaq, milli-mənəvi dəyərlərimizi təbliğ etmək, Qarabağ abidələrini gənc nəslə tanıtdırmaq, istedadlı uşaqları üzə çıxarmaq və yaradıcılıq qabiliyyətlərini inkişaf etdirməkdən ibarətdir.

Müsabiqə 3 yaş qrupu (8-10, 11-14, 15-17), “Rəsm” və “Əl işləri (maketlər)” nominasiyaları üzrə ümumtəhsil məktəblərinin şagirdləri və məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvləri arasında keçirilir. Müsabiqəyə rəsm, tətbiqi sənət və əl işləri sahələri üzrə müəllimlər də dəvət olunur.

Müsabiqə 3 mərhələdə keçilir:

I mərhələ fevralın 22-dən martın 31-dək olacaq. Bu mərhələdə təhsil müəssisələrinin təşkilat komitələri tərəfindən hər yaş qrupu üzrə seçilmiş iştirakçıların, eləcə də müsabiqəyə qatılan müəllimlərin rəsm və əl işlərinin fotosu qarabagh.abideleri2021@gmail.com elektron ünvanına göndərilməlidir. Müsabiqənin əsasnaməsinə uyğun olaraq, 1 iştirakçı 1 nominasiya üzrə iştirak edə bilər.

II mərhələ aprelin 1-10 tarixlərini əhatə edir. Bu mərhələdə münsiflər heyəti tərəfindən hər yaş qrupu üzrə qaliblər müəyyənləşdirilir.

III mərhələ aprelin 22-də keçiriləcək. Yekun mərhələdə hər yaş qrupu üzrə bir iştirakçı və bir müəllim Qran-Pri mükafatı ilə, qaliblər diplom və sertifikatlarla təltif olunacaq, qalib işlər sosial şəbəkələr və kütləvi informasiya vasitələrində geniş işıqlandırılacaq.

Mənbə

Teqlər

Oxşar yazılar

Back to top button
Close