Orta məktəb

“Qələbə dərsləri”

Azərbaycan xalqının Vətən müharibəsində şanlı qələbəsini müxtəlif fənlərdə əks etdirməyə dəstək məqsədilə dərslik müəllifləri “Qələbə dərsləri” adlı könüllü layihəyə qoşulublar. Layihənin icrasında müxtəlif nəşriyyatlar da yaxından iştirak edir.

Layihə çərçivəsində hər fənnin məzmununa üzvi şəkildə inikas olunmuş mövzuları müvafiq siniflər üzrə distant dərs zamanı istifadə etmək planlaşdırılır. İlkin olaraq biologiya fənnindən VI, IX, X və XI siniflər üzrə uyğun materiallar tərtib edilib və müəllimlərin istifadəsi üçün Təhsil İnstitutunun Təhsil İşçilərinin Peşəkar İnkişafı Mərkəzinin ( ARTİ TİPİM) rəsmi səhifəsində yerləşdirilib. Digər fənlər üzrə də mövzular hazır olduqca həmin səhifədə paylaşılacaq.

Müəllimlərdən bu materiallardan distant dərslərdə fəal istifadə etmək, öz qeydlərini və şagirdlərinin reaksiyaları barədə məlumatı ARTİ TİPİM-ə bildirmək xahiş olunur.

Mövzularla qeyd edilən linkə ( http://www.tipii.edu.az/az/article/618-quot-qalaba-darslari-quot-silsilasindan-movzular) daxil olaraq tanış ola bilərsiniz.

Mənbə

Teqlər

Oxşar yazılar

Back to top button
Close