Orta məktəb

Onlayn beynəlxalq gitara müsabiqəsi yekunlaşıb

Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə keçirilən onlayn beynəlxalq gitara müsabiqəsinə yekun vurulub.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, müsabiqənin əsas məqsədi uşaq və gənclərin klassik və müasir gitara musiqi istiqamətlərinə diqqətinin artırılması olub. Eyni zamanda, bu sahədə beynəlxalq əlaqələrin qurulması, istedadlı və perspektivli uşaq və gənclərin aşkara çıxarılması, onların bədii-estetik səviyyəsinin yüksəldilməsi nəzərdə tutulub.

Müsabiqədə iştirak üçün Azərbaycan ilə yanaşı Türkiyə, Rusiya, Qazaxıstan, Gürcüstan və Türkmənistanı təmsil edən məktəblilər, dərnək üzvləri, musiqiçilər daxil olmaqla 9-17 yaş aralığında 4 nominasiya üzrə 100 uşaq və gənc qeydiyyatdan keçib.

Yarışmanın beynəlxalq münsiflər heyətində tanınmış gitara ifaçıları Fuat Cəfərov (Azərbaycan), Araz Hümbətli (Azərbaycan), Kopteyev Aleksey (Rusiya), Afanasyev Aleksandr (Rusiya), Aleksandr Qolenastov (Belarus), Ruslan Ostapenko (Qazaxıstan) və Vitali Litvinov (Türkmənistan) təmsil olunublar.

Müsabiqənin final mərhələsi sosial şəbəkələrdə canlı yayımlanıb və müxtəlif ölkələrdən canlı yayıma qoşulublar. Beynəlxalq münsiflər heyəti tərəfindən müsabiqəyə təqdim olunan ifalar üzrə 100 iştirakçıdan 19 nəfəri seçilərək klassik gitara, xalq musiqisi (flamenko, istənilən milli janr), elektrik gitara (rok, bluz), caz, fyüjn nominasiyalarının I, II, III və həvəsləndirici yerləri üzrə onlayn qiymətləndirilməsi aparılıb və qaliblər müəyyənləşdirilib. Qaliblər diplom, digər iştirakçılar isə sertifikatlarla təltif olunub.

Mənbə

Teqlər

Oxşar yazılar

Back to top button
Close