Orta məktəb

Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş şahmat üzrə onlayn respublika birinciliyi

5-7 fevral 2021-ci il tarixlərində Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş şahmat üzrə onlayn respublika birinciliyi keçiriləcək.
   

“Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə 17 yaşadək şahmatçılar arasında keçiriləcək birincilikdə 2004-cü il təvəllüdlü və daha kiçik yaşlılardan ibarət Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər idman-şahmat məktəblərinin və şahmat klublarının komandaları iştirak edə bilərlər.

Oyunlar www.tornelo.com internet portalı üzərindən İsveçrə sistemi üzrə 9 turdan ibarət olmaqla təşkil olunacaq.
 

Yarışın əsasnaməsinə uyğun olaraq qaliblərə diplom, mükafatlar təqdim olunacaq.

Birincilikdə iştirakla bağlı qeydiyyat proseduru, əsasnamə və digər məlumatlar yarışın internet səhifəsində yerləşdirilib: https://www.team.tehsilchess.az/.

Qeyd edək ki, şahmat üzrə onlayn respublika birinciliyinin keçirilməsində məqsəd Nizami Gəncəvinin 880 illiyinin qeyd olunması, məktəblilərin asudə vaxtlarının səmərəli təşkili, sürətli şahmat (rapid) üzrə qalib komandaların müəyyənləşdirilməsi, müasir texnologiyalardan istifadə etməklə şahmatçıların oyun təcrübələrinin artırılmasından ibarətdır.

Mənbə

Teqlər

Oxşar yazılar

Back to top button
Close